NBA-da keçirilən "Nyu-York Niks" və "Toronto Reptors" arasında baş tutan qarşılaşmada əsas vaxtın son dəqiqələrində Skotti Barns parlaq çıxışı ilə diqqət çəkib. Onun ardıcıl dəqiq atışları və Ceylen Bransona qarşı sərgilədiyi müdafiə sayəsində "Toronto Reptors" oyunu əlavə vaxta daşıya bilib.

Offsideplus.az xəbər verir ki, əlavə vaxtda son sözü "Nyu-York Niks"in lideri Ceylen Branson deyib. O, sona 33 saniyə qalmış həlledici üçlük atışı ilə komandasına üstünlük qazandırıb. Nəticədə "Nyu-York Niks" "Toronto Reptors" üzərində ardıcıl 14-cü qələbəsini əldə edib – 112:108.