Misli Premyer Liqasının XII turu çərçivəsində noyabrın 22-də keçiriləcək "Kəpəz" – "Qarabağ" oyununun biletləri satışa çıxarılıb.

Offsideplus.az xəbər verir ki, biletlərin qiyməti dəyişməz qalıb: 2, 3, 5, 10 və 20 manat. Azarkeşlər biletləri iticket.az saytı vasitəsilə və ya Gəncə şəhər stadionunun kassalarından əldə edə bilərlər.

Rəqibin ölkənin ən titullu klubu olması, həmçinin görüşün "Kəpəz"in 2026-cı ildəki son ev matçı statusunu daşıması səbəbindən qarşılaşmaya maraq böyükdür. Bu amilləri nəzərə alaraq azarkeşlərə biletləri əvvəlcədən almaq tövsiyə olunur.

Qeyd edək ki, "Kəpəz" – "Qarabağ" matçı noyabrın 22-də saat 17:00-da başlayacaq.