"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü heç-heçəsinə imza atıb.

Offsideplus.az xəbər verir ki, bu yubiley Misli Premyer Liqasının XI turunda "Sabah"la keçirilən səfər matçında (2:2) qeydə alınıb.

Əvvəllər "Xəzər Universiteti", "İnter" və "Keşlə" adları ilə de çıxış etmiş komanda 737-ci matçında bu göstəriciyə çatıb (93-ü evdə, 107-si səfərdə). Bölgə təmsilçisi "Neftçi" və "Qarabağ"dan sonra çempionat tarixində 200 və daha çox heç-heçə edən 3-cü komandadır.

Qeyd edək ki, komanda ilk heç-heçəsini 1999-cu il dekabrın 5-də "Xəzər Universiteti" adı altında "Turan"la ev oyununda (0:0) gerçəkləşdirib.