"Mançester Yunayted"in hücumçusu Mateus Kunya komandanın hazırkı vəziyyətindən narazı olduqlarını bildirib.
Offsideplus.az xəbər verir ki, Premyer Liqanın 10-cu turunda "Mançester Yunayted" "Aston Villa" ilə 4:4 hesablı heç-heçə edib və hazırda turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.
Kunya bildirib: "Biz məyusuq və son oyundan sonra çox danışdıq ki, necə qol buraxmamaq və oyuna qayıtmaq üçün münasibətimizi dəyişmək olar. Yenə də eyni səhvi etdik, yenə qol buraxdıq. Buna yol verə bilmərik – biz 'Mançester Yunayted' kimi oynamalı, irəli getməli, epizodlar yaratmalı və daha cəsarətli çıxış etməliyik. Qol buraxandan sonra xarakter göstəririk, amma bunu əvvəldən etsək, daha çox qələbə qazana bilərik. Niyə erkən qol buraxırıq? Bilmirəm – hamı bu suala cavab axtarır. Daha yaxşı olmaq və sübut etmək istəyirik ki, yenidən əvvəlki səviyyəyə qayıda bilərik. Xarakterimizi ilk dəqiqələrdən göstərməliyik. Azarkeşlərin niyə narazı olduğunu başa düşmək olar. Bu tamamilə normaldır, hamımız anlayırıq. Biz meydandayıq və bunun öhdəsindən gəlməliyik. Xarakterimizi dəyişməli, oyunda olmalıyıq. Düşünmürəm ki, azarkeşlər bizə qarşıdır, sadəcə, onların istəyi odur ki, yaxşı oynayaq və qalib gələk. Ən vacibi, özümüzdə, oyunçularda və məşqçi heyətində problemi tapmalıyıq. Bu böyük klubdur və (aşağı liqaya düşmə zonasına yaxın olmaq) qəbuledilməzdir – biz əvvəlki yerimizə qayıtmalıyıq. Qarşıda çox işimiz, çox oyunumuz var. Keçmiş mövsümlərdən dərs çıxarmalıyıq. Bu belə davam edə bilməz. Vəziyyəti dəyişmək üçün kifayət qədər güclüyük – həm özümüz, həm komanda, həm də məşqçi heyəti üçün mübarizə aparmalıyıq. Azarkeşlərdən isə xahişimiz odur ki, dəstəklərini davam etdirsinlər, çünki bu, bizə kömək edir".


