ABŞ prezidenti Donald Tramp UFC-nin rəhbəri Dana Uayta Ağ Evin mətbuat katibi olmağı təklif etməsinin zarafat olduğunu bildirib. Tramp qeyd edib ki, bu ideya Dana Uayta çox xoş gəlib, lakin o, zarafatları ciddi qəbul edir və onunla asanlıqla zarafat etmək olmur. Tramp əlavə edib ki, Dana Uayt yaxın günlərdə həqiqətən Ağ Evə gələcək.
Offsideplus.az xəbər verir ki, Tramp daha əvvəl Dana Uayta mətbuat katibi vəzifəsinə, UFC döyüşçüləri İslam Maxaçev və Xabib Nurmaqomedovun isə ona köməkçi olmasını təklif etmişdi. Bundan əlavə, Tramp Dana Uaytın Ağ Evdə keçirdiyi mətbuat konfransını əks etdirən animasiya paylaşmışdı. Həmin videoda Xabib bir jurnalisti tabe edir, İslam Maxaçev isə digərini Dağıstana aparır.


