"Mersedes" Formula 1-in 2026-cı il mövsümündə vaxtından əvvəl Mühəndislər Kubokunda qələbəni təmin edib.
Offsideplus.az xəbər verir ki, Almaniya təmsilçisi Braziliya Qran-prisindən sonra xallarının sayını 652-yə çatdıraraq ən yaxın izləyicisi "Ferrari" (512 xal) üçün əlçatmaz olub.
San-Pauluda keçirilən Braziliya Qran-prisinin 71 dövrədən ibarət əsas yürüşü "Maklaren"in pilotu Lando Norrisin qələbəsi ilə başa çatıb (1:35:23.504). İkinci yeri "Red Bull"dan Maks Ferstappen (+14.602 saniyə), üçüncü pilləni isə onun komanda yoldaşı İsak Hadjar (+24.485 saniyə) tutub.
"Mersedes"in "Ferrari" ilə aralarındakı xal fərqi 140-a çatıb. İtaliya komandası qalan bütün yarışlarda qələbə qazansa belə, rəqibinə çata bilməyəcək. Mühəndislər Kubokunda üçüncü pillədə 415 xalla "Red Bull", dördüncü sırada isə 398 xalla "Maklaren" qərarlaşıb.
Xatırladaq ki, bundan əvvəl keçirilən Meksika Qran-prisində "Mersedes"in 20 yaşlı pilotu Andrea Kimi Antonelli mövsüm ərzində 9 qələbə qazanaraq fərdi hesabla Formula-1 çempionu adını təmin etmişdi.


