"Red Bull"un niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə 2026-cı il mövsümünün 19-cu mərhələsi olan Meksika Qran-prisinin qalibi olub.
Offsideplus.az xəbər verir ki, Mexikoda keçirilən 71 dövrəlik gərgin yarışda ikinciliyi "Ferrari"nin təmsilçisi Lyuis Hemilton tutub. Üçüncü yeri isə "Mersedes"in 20 yaşlı italyan pilotu Andrea Kimi Antonelli təmin edib.
Bu nəticə ilə 3-cü pillədə qərarlaşan Antonelli 2026-cı il mövsümündə Formula 1 üzrə dünya çempionluğunu erkən təmin edib. Meksika yarışından əvvəl komanda yoldaşı Corc Rassell üzərində 123 xallıq üstünlüyə malik olan genç italyana çempionluq üçün ilk 9 pillədən birində finiş görmək kifayət edirdi.
Qeyd edək ki, F1-də 2025-ci mövsümdə debüt edən 20 yaşlı pilot ilk ilində 150 xalla 7-ci yeri tutmuşdu.


