"Mançester Yunayted" baş məşqçi axtarışlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, klubun idman direktoru Ceyson Uilkoks Maykl Kerriki əvəzləmək üçün Eddi Haunu əsas namizəd kimi görür. Hər iki tərəf arasında artıq ilkin təmasların baş tutduğu bildirilir.
Ceyson Uilkoks “Nyukasl Yunayted”dən ayrıldıqdan sonra azad agent olan Eddi Hau ilə əlaqə saxlayıb. İngilis mütəxəssisin “Old Trafford”da işləməyə hazır olduğu və bu imkana müsbət yanaşdığı bildirilib.



