Filadelfiya "Sikserz"in müdafiəçisi Tayriz Maksi komandasının növbəti möhtəşəm geridönüşündən sonra zarafatla yorulduğunu bildirib. "Sikserz" "Şarlott Hornets" üzərində 109:104 hesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, Maksi oyundan sonra açıqlamasında bunları deyib: "Artıq istəmirəm, bu geridönüşlərdən yorulmuşam (gülür). Komandamız əsl döyüşçülərdən ibarətdir. Hesabda irəlidə idik, geri düşdük, sonra yenidən toparlandıq. Biz çox inadkarıq. Oyun bitməyincə heç nə bitmiş sayılmır və bu, məhz bu komandada ən çox xoşuma gələn cəhətdir. Uduzmağı sevmirik. Əgər sona qədər hesab bərabərdirsə, bizi məğlub etmək çox çətin olur". Qeyd edək ki, Maksi bu qarşılaşmada 38 xal toplayıb.

"Filadelfiya Sikserz" bu qələbəni LeBron Ceyms və Coel Embiidin yoxluğunda əldə edib. Bu, mövsümdə "Sikserz"in ən azı 10 xal geridə olduğu dördüncü qələbəsidir. Maksi isə artıq üçüncü dəfədir ki, oyunun son hissəsində ən azı 15 xal toplayır.