Keçmiş UFC çempionu Xabib Nurmaqomedov cüdonun insanın inkişafında mühüm rol oynadığını bildirib.
Offsideplus.az xəbər verir ki, Xabib bu barədə danışarkən atasının cüdoya xüsusi önəm verdiyini vurğulayıb: "Mən cüdo üzrə çıxış etmişəm və iki-üç il məşq etmişəm. Bu, atamın ən sevdiyi idman növü idi. O, həmişə cüdonu tərifləyirdi, turnirlərə gedirdi, bizi cüdo geyimində güləşməyə məcbur edirdi. Mənim doğma dayım həm cüdo, həm də sambo üzrə çıxış edib, turnirlərdə qalib gəlib. Cüdo ən yaxşı idman növlərindən biridir. Əlbəttə, ciu-citsu da belədir. Ümumiyyətlə, geyimdə güləşilən bütün idman növləri insanı möhkəmləndirir və inkişaf etdirir. Cüdoda əsas olan zalda məşqçiyə və sparrinqlərə salam vermək, hörmət və düzgün münasibət göstərməkdir. Daxildə yaxşı enerji olmalıdır. Əgər zalda münasibətləri və məşqləri qaydasına qoymasanız, heç vaxt yüksək səviyyəyə çata bilməzsiniz".


