"Ferrari"nin pilotu Lyuis Hemilton Meksika Qran-prisinin təsnifat yürüşündə 1:16.514 nəticə göstərərək pul-pozisiyasını qazanıb. 

Offsideplus.az xəbər verir ki, "Mersedes"in sürücüsü Corc Rassell ikinci, Hemiltonun komanda yoldaşı Şarl Lekler isə üçüncü yeri tutub.

Maks Ferstappen təsnifatı dördüncü sırada başa vursa da, son dövrəsində "Maklaren" pilotu Lando Norrisin maneəsi ilə qarşılaşıb. Bir yerlik cəza səbəbindən Andrea Kimi Antonelli dördüncü, Ferstappen isə beşinci pillədən start götürəcək.

"Maklaren"in digər pilotu Oskar Piastri üçün təsnifat uğursuz alınıb. O, ikinci seqmentdə mübarizəni dayandıraraq yalnız 13-cü nəticəni göstərə bilib.