Almaniyalı yarımmüdafiəçi Marko Roys ABŞ-ın "Los-Anceles Qalaksi" klubunun heyətində növbəti uğurlu çıxışı ilə yadda qalıb.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı futbolçu MLS-in "Ostin"ə qarşı oyununda 3 qol ötürməsi ilə seçilib. Bu mövsüm Roys 30 qarşılaşmada 8 qol və 12 assistlə yadda qalıb.


