Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatına bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, yarışın son günündə sərbəst güləş üzrə Azərbaycan millisinin dörd üzvü bürünc medal uğrunda mübarizə aparacaq. Cəbrayıl Hacıyev (79 kq) və İslam Bazarqanov (57 kq) yarımfinalda məğlub olduqları üçün birbaşa bürünc medal görüşünə çıxacaqlar.
Əli Tsokayev (92 kq) və Turan Bayramov (74 kq) isə təsəlliverici qarşılaşmalarda qələbə qazanaraq bürünc medala yiyələnməyə çalışacaqlar.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıblar. Sərbəst güləşçilərdən isə Arseniy Djioyev (86 kq) gümüş, Giorgi Meşvildişvili (125 kq) isə bürünc mükafata sahib çıxıb.


