"Barselona"nın baş məşqçisi Hans-Diter Flik La Liqada "Alaves" üzərində 6:1 hesablı qələbədən sonra 84-cü dəqiqədə buraxılan qol barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Flik fasilədə futbolçularla qapını toxunulmaz saxlamaq istədiklərini danışdıqlarını bildirib. "Vacib idi ki, ikinci hissədə də eyni əhval-ruhiyyəni qoruyub saxlayaq. Mən narazıyam, oyunçular da eyni fikirdədir", – deyə alman mütəxəssis vurğulayıb.