Keçmiş UFC orta çəki çempionu Maykl Bispinq İslam Maxaçevin Adriano Martinsə uduzmasını təsadüf adlandırıb. O bildirib ki, Maxaçev 30 peşəkar döyüş keçirib, bunların 29-da qalib gəlib və yalnız birində məğlub olub. Bispinqin fikrincə, Martinsə nokautla uduzması ehtimal ki, onu narahat edir, lakin bu, sadəcə bir anlıq səhv olub.

Offsideplus.az xəbər verir ki, Bispinq əlavə edib: "O, bu rəqibi 1000 döyüşdən 999-da məğlub edərdi. Bəzən belə hallar baş verir". Qeyd edək ki, Maxaçev Martinslə 2015-ci ilin oktyabrında qarşılaşıb və ilk raundda nokautla uduzub.