“Daha yaxşı oynamalı, daha çox topa sahib olmalıyıq, qol epizodları yaratmalıyıq”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Mütəxəssis Misli Premyer Liqasının X turunda səfərdə "Qəbələ" ilə 0:0 hesablı heç-heçə etdikləri matçı şərh edib:
“Qalib gəlmək istəyirdik, lakin alınmadı. Qarşımızda yaxşı, çox istəkli və əks-hücumlarda sürətli olan bir kollektiv vardı. Çempionat onu göstərir ki, hər oyuna maksimum hazırlaşmalıyıq. Pozitiv olaraq qarşıdakı matçlara hazırlaaşacağıq”.
Qurbanov ilk hissənin sonunda Mateus Silva ilə Marko Yankoviç arasında baş verən mübahisə ilə bağlı bunları deyib: “Futbol emosional oyundur. belə halları dünya futbolunda tez-tez görürük. Komanda yoldaşıdırlar, dostdurlar. Həmişə bir yerdədirlər, bir-birilərinə qarşı pozitiv olurlar. Tam araşdırmadım. Ola bilər ki, oyunda əsəbləşməyə səbəb olan hadisə var. İstənilən halda yüz faiz cəzalanacaqlar. Bu cür hallar komandanın nəticəsinə təsir edir”.


