"Komandamın çıxışından razıyam”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yeton Bekiri mətbuat konfransında deyib. Mütəxəssis Misli Premyer Liqasının 10-cu turu çərçivəsində "Qarabağ"la heç-heçə etdikləri matç (0:0) barədə fikirlərini bölüşüb:
“Müdafiədə yaxşı oynadıq. Qol vurmaq üçün imkanlarımız da oldu. Ölkənin ən güclü komandalarından birinə qarşı mübarizə apardıq. Məncə, bir xal qazanmağa layiq idik. Oyundan-oyuna, məşqdən-məşqə daha yaxşı olmağa çalışmalıyıq.
Futbolçularım da bunun üçün çalışırlar. Mövsümün sonunda hansı pillədə olacağımızla bağlı indidən proqnoz verə bilmərəm. Hər matçda hamımız əlimizdən gələnin ən yaxşısını etməliyik. “Qəbələ”yə çempionatın gedişində qoşulmuşuq. Futbolçuların nə istədiyimizi anlaması üçün müəyyən vaxta ehtiyac var”.


