UFC-nin keçmiş orta çəki çempionu İsrael Adesanya məşhur rusiyalı döyüşçü Petr Yanla birgə sparrinq təcrübəsindən danışıb. Adesanya bildirib ki, Tiger Muay Thai zalında Petr Yanı görüb və onu sparrinqə dəvət edib. "O, mənə bir neçə dəfə dəqiq zərbə endirdi. Nəzərə alsaq ki, o, 61 kq-da, mən isə 84 kq-da döyüşürəm, sparrinq daha çox əyləncə xarakteri daşıyırdı. Amma digər insanlara qarşı o, tam üstünlük göstərirdi. Bu, həqiqətən maraqlı idi", – deyə Adesanya vurğulayıb.
Offsideplus.az xəbər verir ki, Petr Yan son döyüşünü 24 oktyabr tarixində keçirib. O, UFC 333 turnirində Merab Dvalişvilini hakimlərin yekdil qərarı ilə məğlub edib.


