Azərbaycan Basketbol Liqasında (ABL) V turun matçları davam edir.

Offsideplus.az xəbər verir ki, turun diqqətçəkən qarşılaşmasında "Neftçi" Bakı İdman Sarayında "LANDAU Lions" ilə münasibətlərinə aydınlıq gətirib.

Gərgin mübarizəyə səhnə olan matç "Neftçi"nin minimal hesablı qələbəsi ilə başa çatıb – 86:84.

Qeyd edək ki, hər iki komanda ölkəmizi FIBA Avropa Kubokunda təmsil edir.