Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə start verəcək.

Offsideplus.az xəbər verir ki, 1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üzə gələcək. 1/8 finalda Cəbrayıl Hacıyev (79 kq) iordaniyalı Erzo İsakovla, Ali Tsokayev (92 kq) isə Domantas Pauliuşenko (Litva) / Redjep Haydari (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Bundan əlavə, Georgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda macarıstanlı Vladislav Baytsayevlə, Arseniy Djioyev (86 kq) isə qızıl medal uğrunda amerikalı Kayl Deyklə mübarizə aparacaq.