İspaniya millisinin və "Atletik"in qapıçısı Unai Simon qapıçıların futboldakı rolu barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı qolkiper France Football-un versiyasına görə mövsümün ən yaxşı qapıçısı seçilib. Simon bildirib ki, qapıçı olmaq çox vaxt dəyəri bilinməyən bir roldur: "Mən doğulduğum Murqiya kəndində qapıda oynamağa başlamışam. Qışda meydan palçığa çevrilirdi və mən bu palçığa atılmağı çox sevirdim. 'Atletik'ə gələndə mənə izah etdilər ki, qapıçı olmaq bəzən minnətdarlıq gətirmir: parlaq oyun göstərə bilərsən, amma son dəqiqədə hər şeyi korlayıb əsas günahkara çevrilə bilərsən. Eyni zamanda, hücumçu bütün oyun ərzində təsirsiz görünə bilər, amma son anda qol vurub dərhal dünyanın ən yaxşı oyunçusu elan olunar. Axı futbol qollardır, tamaşadır və insanlar topun qapıdan keçməsindən zövq alır. Biz isə bir növ 'zərərli qəhrəmanlarıq', çünki qolların vurulmasına mane olur və azarkeşləri bu həzzdən məhrum edirik".