“Barselona”nın baş məşqçisi Hansi Flik “Real Madrid”ə qarşı məğlubiyyətdən sonra komandanın oyun strategiyasında və taktiki görünüşündə heç bir köklü dəyişiklik etməyəcəyini bildirib.


Offsideplus.az xəbər verir ki, Hansi Flikin açıqlamaları bu cür olub:
“Mən öz futbol fəlsəfəmə və oyun üslubuma 100% əminəm, buna görə də mövsümün sonuna qədər bu şəkildə oynamağa davam edəcəyik.
Biz “Real Madrid”ə qarşı məğlub olmaq istəməzdik, bu asan deyil, lakin yenə də biz bundan dərs çıxarırıq və öz aydın fəlsəfəmizin arxasınca getməyə davam edirik.”