"Milan" klubunun sahibi Cerri Kardinale "Əl-Nəsr"in mümkün alınması barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, amerikalı-italiyalı iş adamı rəhbərlik etdiyi RedBird Capital Partners fondunun Səudiyyə Ərəbistanı təmsilçisi ilə bağlı ilkin danışıqlar apardığını bildirib. Kardinale qeyd edib ki, hazırda proses ilkin mərhələdədir və o, Yaxın Şərqdə çox işlədiyi üçün Kriştiano Ronaldu ilə görüşmək, onun karyerasını bitirdikdən sonra nə ilə məşğul olmaq istədiyini və "Əl-Nəsr"də gələcəkdə hansı rolu oynaya biləcəyini öyrənmək istərdi.
O əlavə edib ki, artıq "Tuluza" və "Milan" kimi klublara sahib olduğu üçün klub şəbəkəsi yaratmaq imkanlarını dəyərləndirməyə davam edəcək.


