Dominik Reyes UFC 247-də Con Consla keçirdiyi döyüşü xatırlayıb və həmin gecənin pərdəarxası məqamlarını bölüşüb. Reyes hələ də öz qələbəsinə əmin olduğunu bildirib və Consun çəki dərəcəsini dəyişməsinin səbəblərinə toxunub.

Offsideplus.az xəbər verir ki, Reyes bu barədə Xorxe Masvidala verdiyi müsahibədə danışıb: "Həmin gecə həyatımın zirvəsi idi, bütün zəhmətimin bəhrəsini gördüm. Bu, karyeramın ən yaxşı çıxışı idi. 21 nüfuzlu MMA saytından 14-ü qələbəni mənə vermişdi. Hətta Dana Uayt döyüşdən sonra soyunub-geyinmə otağına gəlib dedi: 'Bəli, qardaş, sən bu döyüşü qazandın'. O an düşündüm ki, indi nə olacaq? Mənə milyon dollar, bonus veriləcək, yoxsa sadəcə deyəcəklər ki, qalib mənəm? Sadəcə kürəyimə vurub 'əla iş idi, oğlan, sağ ol' dedilər. Mən revanş üçün çox israr etdim. Amma pandemiya planları pozdu, sonra isə Cons sadəcə imtina etdi. O dedi: 'Yox, bu oğlan çox təhlükəlidir, mən ağır çəkiyə keçirəm'."

Qeyd edək ki, Con Cons və Dominik Reyes arasında döyüş 2020-ci ilin fevralında baş tutub və hakimlərin yekdil qərarı ilə Consun qələbəsi ilə nəticələnib. Bu qərar MMA ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. Həmin qarşılaşmadan sonra Cons yarımorta çəki titulunu boşaldıb və ağır çəkiyə keçib.