Keçmiş UFC yüngül çəki çempionu Çarls Oliveyra Sergey Pavloviç və Aleks Pereyra arasında baş tutacaq qarşılaşma barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Oliveyra bu döyüşün olduqca təhlükəli olduğunu bildirib: "Pavloviç güclü və iri döyüşçüdür, zərbələri ağırdır. Amma Poetan – Poetandır. Əgər o, düzgün əhval-ruhiyyədə olsa, vaxtlaması yerində olsa, rəqibini nokauta sala bilər. Pavloviç ayaq zərbələrindən yaxşı müdafiə olunmur, Pereyra isə tez-tez ayaqla zərbə endirir və yaxşı hərəkət edir. Əgər Pereyra tez bir zamanda öz tempini tapsa, daha bir möhtəşəm nokaut görə bilərik" – deyə Oliveyra vurğulayıb.

Qeyd edək ki, Pavloviç və Pereyra arasında döyüş UFC 335 turnirində, 13 dekabr tarixində keçiriləcək.