Azərbaycanın 3 futbol klubunun akademiyası Haiti U-15 millisinin 9 nömrəli hücumçusunu transfer etməyə yaxındır.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə “Sabah”, “Qarabağ” və “Neftçi” Mateo Skottu heyətinə qatmaq istəyir. Millimizlə matçda ryaxşı oyunla diqqət çəkən Skott akademiya rəhbərlərinin diqqətini çəkib.
Qeyd edək ki, turnir başa çatandan sonra futbolçunun transferi ilə bağlı işlərə start veriləcək.


