2025/26 mövsümünün ən yaxşı futbolçusunun adı bəlli olub. Dünyanın en nüfuzlu fərdi mükafatı sayılan “Qızıl top”a “Bayern Münhen” və İngiltərə yığmasının ulduz hücumçusu Harri Keyn layiq görülüb.

Bu möhtəşəm uğurun ardından “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib. Təcrübəli mütəxəssis vaxtilə “Qarabağ”ın heyətində “Tottenhem”ə qarşı oynadığı matçdan Harri Keynlə ikili mübarizə kadrını bölüşərək ingilis forvardı təbrik edib.

Maraqlıdır, bəs millimizin sabiq kapitanı üçün şəxsən bu ilin ən yaxşısı kim idi?

Məsələ ilə bağlı Offsideplus.az saytına açıqlama verən gənc çalışdırıcı öz seçimini bölüşüb. Rəşad Sadıqovun “Qızıl top”a layiq gördüyü isim isə Lionel Messi olub.