Milli Basketbol Assosiasiyasında (NBA) müntəzəm çempionatın növbəti matçları baş tutub.

Offsideplus.az xəbər verir ki, "Portlend Treyl Bleyzers" 2026–27 mövsümündə məğlubiyyətsiz seriyasını davam etdirib. Komanda "Los-Anceles Leykers"i səfərdə 136:129 hesabı ilə üstələyərək rəqibinə ilk yenilgisini yaşadıb. Matçın gedişində geriyə düşməsinə baxmayaraq mübarizəni dayandırmayan "Portlend"də israilli Deni Avdiya start heyətində 23 xal və 9 assistlə fərqlənib. Belçikalı Toumani Kamara 12 xal (4 üçlük), fransalı Sidi Sisoko 6, çexiyalı Vit Krejçi isə 4 xalla qələbəyə töhfə verib.

"Leykers"də sloveniyalı ulduz Luka Donçiç 41 xal, 9 assist, 5 ribaund və 1 blokşutla gecənin ən məhsuldar oyunçusu olsa da, bu performans komandasının ardıcıl 4-cü qələbəsi üçün kifayət etməyib. Gürcüstanlı ehtiyat oyunçu Sandro Mamukelaşvili isə 17 xal toplayıb və ilk hissənin sonunda sirena ilə üçlük vurub.

Günün ən həyəcanlı qarşılaşmasında "Boston Seltiks" "Bruklin Nets"i əlavə vaxtda 125:124 hesabı ilə məğlub edib. Ceyson Teytum son saniyədə vuracağı dəqiq atışla matçın taleyini həll edib və ümumilikdə 40 xalla komandasının lideri olub. Təmsilçilərdən portuqaliyalı Neemias Queta 7 xal, bosniyalı Luka Garza 2 xal və 4 ribaundla yadda qalıb.

"Nets"də zədələnən rusiyalı Yeqor Dymin 10 dəqiqədə 2 xal, 2 assistlə oynayıb və zədəsinin ciddi olmadığını bildirib. Fransalı Nolan Traore 15 xal toplasa da, qıcolma səbəbindən son dəqiqələri buraxmalı olub. Almaniyalı Morits Vaqner isə ehtiyatdan daxil olaraq 15 xal və 4 ribaundla mübarizə aparıb.

Növbəti matçda "Nyu-York Niks" "Detroyt Pistons"u 111:97 hesabı ilə üstələyərək mövsümdə ilk qələbəsini qazanıb. Britaniyalı OG Anunobi 13 xal, 7 ribaund, 2 blokşut və 2 topərtələmə ilə diqqət çəkib. Diqər qarşılaşmada isa "San-Antonio Spurs" "Sakramento Kinqs"i darmadağın edib — 130:103.

Şərq Konfransında "Detroyt Pistons", "Filadelfiya Seventi Siksers", "Şarlott Hornets" və "Boston Seltiks" 3 qələbə ilə zirvəni bölüşürlər.