"Gəncə" basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi türkiyəli mütəxəssis Murad Dikmenlə anlaşıb.
O, bu postda Martin Knejeviçi əvəzləyib.
Qeyd edək ki, M.Dikmən daha əvvəl "Xəzri" (indiki "Naxçıvan") klubu ilə Azərbaycan Basketbol Liqasının və ölkə kubokunun gümüş medallarını qazanıb.


