"Kəpəz" klubu Azərbaycan kuboku uğrunda yarışda 31-ci dəfə mübarizəyə başlayır. 

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi II təsnifat mərhələsində I Liqa klubu "Baku Sportinq"lə üz-üzə gələcək.

Bu cütlük 3 il öncə də eyni mərhələdə qarşılaşıb və həmin vaxt "sarı-göylər" əlavə vaxtda qalib gələrək 1/8 finala yüksəlmişdilər. Komandamız "Baku Sportinq"i üstələyəcəyi təqdirdə, növbəti raundda səfərdə "Turan Tovuz"la yarışacaq.

Tarixində 4 dəfə kubokun finalına çıxan və hər dördündə də Mehman Allahverdiyevin rəhbərliyi ilə titula yiyələnən "Kəpəz" ölkə kubokunu ən çox qazanan 3-cü komandadır.

Qeyd edək ki, 2026/2027 mövsümünün final qarşılaşması 2027-ci il mayın 12-də Gəncə şəhər stadionunda təşkil olunacaq. Baş məşqçi Azər Məmmədovun yetirmələri doğma azarkeşləri önündə uzunmüddətli sindromu qırmağa iddialıdırlar.

"Kəpəz" Azərbaycan kubokunda:

114 oyun, 63 qələbə, 16 heç-heçə, 35 məğlubiyyət; topların fərqi 203-122

1992 - 1/8 final

1993 - birinci tur

1993/94 - qalib

1994/95 - 1/2 final

1995/96 - 1/4 final

1996/97 - qalib

1997/98 - qalib

1998/99 - 1/4 final

1999/2000 - qalib

2000/01 - 1/4 final

2001/02 - 1/2 final

2003/04 - 1/8 final

2004/05 - 1/8 final

2005/06 - 1/8 final

2009/10 - 1/8 final

2010/11 - 1/8 final

2011/12 - 1/8 final

2012/13 - 1/8 final

2013/14 - ikinci tur

2015/16 - 1/8 final

2016/17 - 1/4 final

2017/18 - 1/4 final

2018/19 - 1/8 final

2019/20 - 1/8 final

2020/21 - 1/4 final

2021/22 - 1/8 final

2022/23 - 1/4 final

2023/24 - 1/8 final

2024/25 - 1/4 final

2025/26 - 1/4 final