Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) məlumatına əsasən, qarşılaşmalar oktyabrın 27, 28 və 29-da keçiriləcək.

Oyun cədvəli aşağıdakı kimidir:

27 oktyabr (çərşənbə axşamı)

14:00. "Şimal" – "Araz-Naxçıvan" (Şamaxı şəhər stadionu)

14:00. "Marafon" – "Zaqatala" ("Marafon Arena")

17:00. "Kür-Araz" – "Sumqayıt" ("SOCAR Polymer Arena")

17:00. "Qəbələ" – "Mingəçevir" (Qəbələ şəhər stadionu)

18:00. "Səbail" – "Zirə" ("Bank Respublika Arena")

28 oktyabr  (çərşənbə)

14:00. "İmişli" – "Qaradağ Lökbatan" (Yevlax şəhər stadionu)

14:00. MOİK – "Şahdağ Qusar" (Binə qəsəbə stadionu)

14:00. "Hypers" – "Şamaxı" (Şamaxı şəhər stadionu)

16:00. "Şəfa" – "Ağstafa Gəncləri" ("SOCAR Polymer Arena")

19:00. "Kəpəz" – "Baku Sportinq" (Gəncə şəhər stadionu)

29 oktyabr (cümə axşamı)

14:00. "Xankəndi" – "Gəncəbasar" (Şamaxı OİK stadionu)

14:00. "Zəngəzur" – "Karvan Yevlax" (Binə qəsəbə stadionu)

Qeyd edək ki, "Şimal", "Kür-Araz" və "Hypers" klublarının stadionları standartlara cavab vermədiyindən, bu komandaların oyunları rəqiblərinin ev meydançasında baş tutacaq. Ev sahibi matçlarını "Bank Respublika Arena"ya keçirən "Səbail" isə I Liqadakı növbəti görüşlərini də bu arenada oynayacaq.