Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, bu gün keçirilən yeganə qarşılaşmada "Hypers" "Ağdaş"ı məğlub edib - 6:1.
Qeyd edək ki, mərhələnin əvvəlki oyunlarında "Qaradağ Lökbatan" "Şəki"ni 12:0, "Ağstafa Gəncləri" "Şəmkir"i 5:1, "Zəngəzur" "Difai"ni 3:1, "Marafon" "Dinamo"nu 3:0, "Kür-Araz" isə "Şirvan"ı 3:1 hesabı ilə üstələyib.


