Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu yığma C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili seçməsi ilə üz-üzə gələcək.

Oktyabrın 28-də Hövsan Yarış Kompleksində keçiriləcək qarşılaşma saat 11:30-da start götürəcək. Bu cütün qalibi növbəti mərhələdə Belarus - Cəbəllütariq duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, qrup mərhələsini 9 xalla 3-cü sırada bitirərək C Divizionuna vəsiqə qazanan millimiz oktyabrın 28-dən 30-dək daha 5 matça çıxacaq.