Türkiyənin Alanya şəhərində keçirilən çimərlik futbolu üzrə Klublararası Dünya Çempionatında ("World Winners’ Cup Alanya 2026") Azərbaycan təmsilçisi "Marafon" bu gün növbəti oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, qrup mərhələsinin ilk matçında Çinin "TMS FC" klubuna 2:4 hesabı ilə uduzan komandamız bu dəfə Ukraynanın "Sunrise Kyiv" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.

Qeyd edək ki, noyabrın 1-dək davam edəcək turnirdə "Marafon" qrupda Çin və Ukrayna təmsilçilərindən başqa, Bolqarıstanın "Spartak" klubu ilə də mübarizə aparır.