"Araz-Naxçıvan" futzal komandası UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün əsas mərhələsində mübarizəyə start verir.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz 5-ci qrupda mübarizə aparacaq. Onlar qarşılaşmalarını Polşanın Qlivitse şəhərində yerləşən "PreZero Arena"da keçirəcək.

27–30 oktyabr tarixlərində baş tutacaq oyunların cədvəli aşağıdakı kimidir:

27 oktyabr

16:00 "Araz-Naxçıvan" – "Uypeşt" (Macarıstan)

28 oktyabr

17:30 "Buba Mara" (Bosniya və Herseqovina) – "Araz-Naxçıvan"

30 oktyabr

22:00 "Piast" (Qlivitse, Polşa) – "Araz-Naxçıvan"