Misli Premyer Liqasının IX turunun "Neftçi" ilə səfər matçı (1:1) "Turan Tovuz" üçün əlamətdar olub.
Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu qarşılaşma Qərb təmsilçisinin çempionatdakı 150-ci oyunu kimi tarixə düşüb.
Keçirdiyi 150 matçda 58 qələbə qazanan Tovuz klubu 42 heç-heçə edib və 50 məğlubiyyət alıb (top fərqi: 186-174).
Bununla da "Turan Tovuz" Premyer Liqa tarixində 150 və daha çox oyuna çıxan 26-cı komanda olub.
Qeyd edək ki, bölgə klubunun çempionatdakı debütü 2022-ci il avqustun 8-də "Qəbələ"yə qarşı ev matçına (0:2) təsadüf edib.


