Fransa millisinin hücumçusu Kilian Mbappe "Real Madrid"in heyətində yubiley qoluna imza atıb.

Offsideplus.az xəbər verir ki, Mbappe La Liqanın 10-cu turunda "Barselona" ilə oyunda dubl edərək Madrid klubunda 99-cu və 100-cü qollarını vurub. Bu, Mbappenin "Real Madrid"də keçirdiyi 116-cı qarşılaşma olub.

Klub tarixində 100 qola daha tez çatanlar yalnız Ferents Puşkaş (101 oyun), Kriştiano Ronaldu (105), Pahino və Alfredo Di Stefano (hər ikisi 114) olub.