Rafinya bu mövsüm La Liqada ilk 9 oyunda 13 qol vurmaqla diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, "Barselona"nın braziliyalı hücumçusu 10-cu turda "Real Madrid"ə qarşı keçirilən qarşılaşmada fərqlənib. Onun bu göstəricisi 2012/13 mövsümündə Lionel Messinin eyni dövrdə vurduğu qollarla bərabərdir. XXI əsrdə isə ilk 9 oyunda ən çox qol vuran futbolçu Kriştiano Ronaldu olub – o, 2014/15 mövsümündə "Real Madrid"in heyətində 17 dəfə fərqlənib.


