Lamin Yamal son üç "El Klasiko" qarşılaşmasında nə qol vurub, nə də assist edib.

Offsideplus.az xəbər verir ki, "Barselona"nın ispaniyalı cinah oyunçusu La Liqanın 10-cu turunda "Kamp Nou"da keçirilən və 1:2 hesabı ilə başa çatan oyunda meydanda 90 dəqiqə qalsa da, məhsuldar hərəkətlə yadda qalmayıb.

Bundan əvvəl Yamal yanvarda İspaniya Superkubokunun finalında "Real Madrid"ə qarşı keçirilən və 2:3 hesabı ilə bitən matçda, eləcə də ötən mövsüm oktyabrda La Liqada baş tutan və 1:2 hesabı ilə yekunlaşan qarşılaşmada da məhsuldar göstərici əldə etməyib.

Qeyd edək ki, bundan əvvəl Lamin Yamal ardıcıl dörd "El Klasiko"da ümumilikdə üç qol vurub, iki dəfə də assistlə yadda qalıb.