Hansi Flik "Barselona"nın La Liqanın 10-cu turunda "Real Madrid"ə 1:2 hesabı ilə uduzmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, alman mütəxəssis ardıcıl iki məğlubiyyətin komanda üçün narahatedici olduğunu deyib:

"İki məğlubiyyət ardıcıl baş verdi — bu bizi qane etmir, məyus olduq. Daha əvvəl Çempionlar Liqasında "PSJ"yə də uduzmuşduq. Birinci hissədə yaxşı oynamadıq, ikinci hissədə, hesab 1:1 olarkən, irəliləyiş göstərdik. Lakin bizə təravət çatmadı. Bu, La Liqada ilk məğlubiyyətimizdir. Doqquz oyun ardıcıl qələbə qazanmışdıq, indi isə belə oldu. Məğlubiyyət idmanın bir hissəsidir. Vəziyyəti təhlil etməli və daha güclü olmalıyıq — bunu edəcəyik. Düzgün reaksiya vermək vacibdir. Yüksək səviyyəli rəqibə qarşı oynadıq və "Real Madrid" topu itirdikdə çox ağıllı çıxış etdi. Son həftələr və "Betis"lə oyundan sonrakı dövr asan keçmədi. İndi istirahət etməli və bu məğlubiyyətə layiqli cavab verməliyik. Bunu edəcəyik. Məğlubiyyət dünyanın sonu deyil. Qarşıda uzun yol var və belə hallar baş verir. Bu, bizi düşünməyə və inkişaf etməyə vadar etməlidir" — Flik bildirib.