"Barselona"nın müdafiəçisi Pau Kubarsi "Real Madrid"ə 1:2 hesabı ilə uduzduqları La Liqanın 10-cu tur oyunundan sonra məğlubiyyətin səbəbləri barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Kubarsi açıqlamasında bunları deyib: "Biz bu qarşılaşmanın layiq olduğu səviyyədə oyun göstərmədik. Yorğun idik, amma bu, bəhanə deyil".