Madrid "Real Madrid" klub televiziyası "Barselona" ilə La Liqanın 10-cu turunda keçirilən oyunda hakim qərarları ilə bağlı narazılığını bildirib.

Offsideplus.az xəbər verir ki, aparıcı bəzi epizodlarda VAR-ın müdaxilə etməməsini sual edib: "Bəziləri düşünür ki, biz hakimlərdən yalnız pis nəticə olanda danışırıq. Amma indi klassikoda qalib gəlmişik və bunu indi də deyirik. Niyə VAR Kanselunun Diomandeyə, Yamalın isə Bellinqhema qarşı ayağa basma epizodlarına baxmadı? Həmçinin, niyə Baldenin əli ilə bağlı epizod nəzərdən keçirilmədi?"