Çimərlik futbolu üzrə Klublararası Dünya Çempionatında ("World Winners’ Cup Alanya 2026") mübarizə aparan Azərbaycan təmsilçisi "Marafon" bu gün ilk matçına çıxır.
Offsideplus.az xəbər verir ki, Türkiyənin Alanya şəhərində təşkil olunan turnirdə komandamız qrup mərhələsinin ilk görüşündə Çinin "TMS FC" klubu ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 13:45-də başlayacaq.
Qeyd edək ki, noyabrın 1-dək davam edəcək yarışda "Marafon" komandası Çin təmsilçisi ilə yanaşı, "Sunrise Kyiv" (Ukrayna) və "Spartak" (Bolqarıstan) klubları ilə birgə yer alıb.


