Azərbaycanın qadın voleybolçulardan ibarət "DH Volley" klubu bu gün CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisi Danimarkada "Holte IF" komandasının qonağı olacaq.
Holte şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu noyabrın 5-də Bakıda təşkil olunacaq.


