PSJ-in baş məşqçisi Luis Enrike "Lion" üzərində 2:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis bu nəticənin mövsümün əvvəlində əldə olunduğunu və komandasının hələ tam formasına çatmadığını bildirib. "Bu, mövsümün yalnız başlanğıcıdır. Çempionlar Liqasında üç oyun keçirmişik və hamısında qalib gəlmişik. Amma unutmaq olmaz ki, ötən mövsüm qrup mərhələsinin yekununda səkkiz ən yaxşı komanda arasına düşə bilmədik. Qarşıda uzun yol var. Son üç ildə sübut etmişik ki, etibarlı komandayıq, dözümlü olmağı bacarırıq və həmişə qələbəyə can atırıq. Əgər artıq indi ən yaxşı formamızda olsaydıq, bu, çox təhlükəli olardı. Biz öz ritmimizi tapmağa çalışırıq və tam hazır vəziyyətdə aprel ayına çatmaq istəyirik", – deyə Luis Enrike vurğulayıb.


