"Barselona"nın prezidenti Joan Laporta "Qızıl top" mükafatının təqdimat mərasimi öncəsi klubun və İspaniya millisinin gənc cinah oyunçusu Lamine Yamalın bu mükafata layiq olduğunu vurğulayıb.
Offsideplus.az xəbər verir ki, Laporta Lamine Yamalın həm istedadı, həm də ötən mövsümdə qazandığı nailiyyətləri ilə "Qızıl top"u haqq etdiyini bildirib. O qeyd edib ki, əsas namizədlər arasında Lamine Yamalın adı çəkilir və o, bu uğura tam layiqdir. Laporta əlavə edib ki, klub rəhbərliyi nəticə barədə heç bir məlumat əldə edə bilməyib və təşkilatçılar hər şeyi gizli saxlayır. Onun sözlərinə görə, bu, yaxşı haldır.


