Madridin "Real" klubunun prezidenti Florentino Peres bu gün Londonda keçiriləcək "Qızıl top" mükafatının təqdimat mərasiminə qatılmayacaq.
Offsideplus.az xəbər verir ki, Peres "Real Madrid"in nümayəndə heyətinin tərkibində yer almayıb. Klubun mərasimdəki təmsilçiləri Kilian Mbappe, Yan Diomande, Mark Kukurelya və ictimaiyyətlə əlaqələr üzrə direktor Emilio Butragenyo olacaq. Qeyd edək ki, 2024-cü ildən etibarən "Real Madrid" "Qızıl top" mərasimini boykot edir.


