İngiltərə millisinin və "Bavariya Münhen"in hücumçusu Harri Keyn Qızıl Top mükafatını əldə etməsi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Keyn tədbirin Londonda keçirilməsinin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib: "Demək olar ki, söz tapa bilmirəm. Xoşbəxtlikdən, yanımda bu vərəq var. France Football-a və Qızıl Topa bu möhtəşəm tədbiri təşkil etdikləri üçün təşəkkür edirəm. Tədbirin Londonda baş tutması onu daha da xüsusi edir. Bu, yaxşı bir əlamət idi, buna görə hamınıza təşəkkür edirəm. Mənə səs verən hər kəsə minnətdaram. Bu il asan olmadığını təsəvvür edirəm. Qarşıma inanılmaz oyunçular çıxdı, bəziləri mənim komanda yoldaşlarım, bəziləri isə bu gün burada olan dünya səviyyəli futbolçulardır. "Tottenhem"ə təşəkkür etmək istəyirəm. "Tottenhem" olmasaydı, bu uğura çata bilməzdim. Orada 11 yaşından bəri olmuşam və klub, eləcə də bütün məşqçilər arzularımı reallaşdırmaqda mənə kömək ediblər. Bütün bu xatirələr, uğurlar və çətinliklər məni indiki yerimə gətirib".