Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə klublararası Avropa Kuboku başa çatıb.

Offsideplus.az xəbər verir ki, təmsilçilərimiz yarışda fərdi medallarla yaddaqalıblar.

"Odlar Yurdu"nun üzvü Gülnar Məmmədova 4-cü lövhədə qızıl, "Vüqar Həşimov" klubunda çıxış edən Aydın Süleymanlı isə 1-ci lövhədə bürünc medal qazanıb.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun yer aldığı Türkiyənin "Bayqan Pendik" komandası isə turnirin qalibi olub.

Komanda hesabında qadınların yarışında "Odlar Yurdu" 10 xalla 4-cü yeri tutub. Kişilərin mübarizəsində isə eyni xala malik "Vüqar Həşimov" klubu 10-cu sırada qərarlaşıb.