"Fənərbağça" klubunun prezidenti Aziz Yıldırım İstanbul təmsilçisinin yeni 75 min nəfərlik stadiona köçmək ehtimalı və bu istiqamətdə aparılan işlər barədə diqqətçəkən bəyanatlar verib.
Offsideplus.az xəbər verir ki, klub rəhbəri dövlət rəsmiləri ilə aparılan danışıqlardan və AVRO-2032 planlarından söz açıb:
"Stadion məsələsi var. Bizdən əvvəlki rəhbərliklər dövlətlə dialoqa giriblər. Dövlət AVRO-2032-nin finalının Türkiyədə keçirilməsini və bunun üçün 75 min nəfərlik yeni stadion tikilməsini istəyir. Əvvəlki idarəçilərlə müəyyən mərhələyə gəliblər, lakin rəhbərlik dəyişəndən sonra məsələ bizə qaldı. Mövcud stadionumuzun böyüdülməsi üçün planlar hazırlayıb təqdim etmişdik və işlərin sürətlənməsi üçün Ankaraya getdim.
Orada məsələ yenidən gündəmə gəldi. Biz' yeni tikiləcək 75 minlik stadionun veriləcəyi, əvəzində isə Kadıköyü boşaltmağımız təklif olundu. 'Fənərbağça'nın əleyhinə olan heç bir şərti qəbul etmərəm. Əgər maraqlarımıza uyğun gələrsə, konqresi toplayıb qərar verəcəyimizi bildirdim. Hazırda bu istiqamətdə araşdırmalar aparılır".


